Yuxarı

Çavuşoğlu: “Azərbaycanla birgə hərəkət edirik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm.

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Terrorun hər formasına qarşı həmişəkindən daha çox birlik içərisində olmalıyıq. Terror səbəbi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası baş tutmadı. Ən qısa müddətdə görüş keçiriləcək. Azərbaycan ilə Türkiyə əlaqələrini daha da irəli aparmaq istiqamətində iradə var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Görüşdə bir sıra ortaq layihələri müzakirə etdik. Sabah mümkün olarsa, BTQ dəmiryol xətti layihəsini yaxından izləyəcəyik. Beynəlxalq aləmdə Azərbaycanla Türkiyə birlikdə hərəkət edir. Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə birlikdə hərəkət edirik. Fevralın 26-da Xocalı faciəsinin ildönümüdür. Bu hadisəni törədənləri lənətləyirəm və faciə qurbanlarına allahdan rəhmət diləyirəm. Azərbaycanla terror baxış bucağımızda heç bir dəyişiklik yoxdur".

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov isə Ankarada baş verən terror aktı zamanı həyatının itirənlərə ailələrinə səbr dilədiyini bildirib.

Tarix
2016.02.18 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla