Yuxarı

Bakıda yoxa çıxan məktəblilərlə bağlı - Yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:29

Dünən Bakıda itkin düşən iki məktəblidən hələ də xəbər yoxdur.

Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları artıq uşaqların məktəbdən çıxaraq hansı istiqamətə getmələrini əks etdirən görüntüləri əldə edib.

Görüntülərdən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü "Neftçilər" metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.

Polis görüntülərdən belə qənaətə gəlib ki, yeniyetmələr gərgin psixoloji durumda olmayıb və gəzə-gəzə məktəbdən uzaqlaşıblar.

İsmayıl Şəfiyev dərsə getməmişdən əvvəl evdə özünə məxsus kassasından 100 manat götürüb.

Hazırda polis məktəblilərin axtarışını davam etdirir. Onların xarakterik əlamətləri və fotoları aidiyyəti idarələrə göndərilib.

Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.

19:30

Bakıda itkin düşən məktəbli uşaqlar tapılıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, azyaşlılar Hövsan qəsəbəsində tapılaraq ailələrinə təhvil veriliblər.

Polisdən həmçinin bildirilib ki, itkin düşən uşaqlardan birinin nənəsi Hövsanda yaşayır. Uşaqlar da həmin ünvanda olublar.

Tarix
2016.02.18 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla