Yuxarı

Leyla Əliyeva kampaniya başlatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Justice for Khojaly" ("Xocalıya ədalət") kampaniyası başlanıb.

Axar.az-ın xəbərinə görə, məqsəd Xocalıda baş vermiş qanlı hadisələr haqda dünya ictimaiyyətini məlumatlandırmaqdır.

UBM Qrup şirkəti "Justice for Khojaly" təşəbbüsünü dəstəkləməklə və müasir vasitələrdən istifadə etməklə Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.

Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb.

UBM Qrup Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.

UBM Qrup Feysbuk, Tvitter, İnstaqram və Yutub sosial şəbəkələrində "Justice for Khojaly! Xocalıya ədalət!" adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına da başlayıb.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb.

UBM Qrup hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Qeyd edək ki, Xocalı faciəsindən 24 il keçir. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib.

Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.

https://www.facebook.com/JFKCampaign/
https://twitter.com/justice_khojaly
https://www.instagram.com/justice_khojaly/
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA

Tarix
2016.02.18 / 17:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla