Yuxarı

Kim: "Azərbaycan kimi az ölkə var ki..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada yarışları Azərbaycan səviyyəsində qəbul edə bilən az ölkə var.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Nelli Kim deyib.

O, Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna hazırlığın gedişindən razı qaldığını deyib:

"Hesab edirəm ki, Azərbaycan hazırlıq baxımından gözləniləndən çox şey etdi. Yarış zalı çox gözəldir, alətlər yaxşıdır. Məşq zalı ilə hələ tanış olmasam da, əminəm ki, orada da hər şey yaxşıdır".

N.Kim ümid etdiyini bildirib ki, Milli Gimnastika Arenasının tribunaları dolacaq: "Daha çox gənclərin, xüsusilə uşaqların olmasını istərdik".

O qeyd edib ki, FIG Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya kuboklarını keçirmək hüququ əldə edəcək ölkələri müəyyənləşdirəcək: "Hesab edirəm ki, təsnifat yarışlarını keçirmək üçün Bakıdakı şərait çox yaxşıdır. Dünyada yarışları Azərbaycan səviyyəsində keçirə bilən az ölkə var. Böyük yarışların keçirilməsi üçün zalda taxta meydançanın olması zəruridir. Belə meydançalar yalnız ABŞ, Qətər və Yaponiyada var".

N.Kim əlavə edib ki, zalda hakimlərin yerləri uğurla seçilib: "Burada qiymət vermək üçün yaxşı texnika var, həmçinin videoyazı və videotəkrar sistemləri mövcuddur".

O, Azərbaycanda gimnastikanın inkişafını yüksək qiymətləndirib: "Burada gənc, yaxşı kollektiv var, Azərbaycan Gimnastika Federasiyası çox yaxşı işləyir. İdman gimnastikası sürətli templə inkişaf edir, müasir avadanlıqları olan yeni zallar açılır. Əgər işlər belə templə davam etsə, nəticə göz qabağında olacaq. İstedadları tapmaq üçün kütləvilik lazımdır və hesab edirəm ki, uşaq gimnastikası ümumtəhsil proqramına daxil edilməlidir ki, birinci siniflərdən istedadlı uşaqları aşkar etmək mümkün olsun".

Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kuboku 19-21 fevral tarixlərində Bakıda keçiriləcək.

Tarix
2016.02.18 / 20:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla