Yuxarı

Ukrayna üçün vacib qərar Bakıda veriləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumunun yaradılmasına dair razılığa gəlib.

ANS-in məlumatına görə, qərar Tiflisdə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub. Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.

Qazaxıstan Baş nazirinin müavini Bakitican Sagintayev qeyd edib ki, bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq. Ümumilikdə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin nəqliyyat dəhlizi yeni canlandığı üçün iştirakçı dövlətlər arasında yüklərin daşınması ilə bağlı bəzi məsələlər müzakirə mövzusudur.

Bu səbəbdən fevralın 20-də Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan dəmir yolu strukturlarının rəhbərləri Bakıda toplaşacaqlar. TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərin görə, görüşdə əsas müzakirə mövzularından biri tariflərin endirilməsi ola bilər.

"Ukrayna tərəfi güzəştli tariflər xahiş edir. Rəsmi Kiyev Rusiya ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi. Buna görə də dörd ölkənin dəmir yolu rəhbərləri, Xəzər Dəniz Gəmiçiliy və Bakı Dəniz Limanının rəhbərləri arasında tariflərin endirilməsi ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Ola bilsin ki, imzalanması nəzərdə tutulan protokol bütün suallara tam cavab verməsin. Çünki müəyyən müddət prosedurların sadələşdirilmə prosesi davam etdiriləcək. Yəqin ki, yaxın gələcəkdə Ukraynanın arzuladığı tariflər tətbiq ediləcək", - deyə TRASEKA rəsmisi qeyd etdi.

TRASEKA rəsmisi bildirdi ki, Ukraynadan gələn ikinci qatarın çoxu Türkmənistanın Türkmənbaşı limanına göndərildi. "Yalnız 1 vaqon Qazaxıstanın Aktau limanına yola salındı. Bununla məsafə, güzəştlər və prosedurlar baxımından Qazaxıstanın və ya Türkmənistanın daha sərfəli marşrut olduğu müəyyən edilə bilər. Azərbaycan bu məsələlərdə Qazaxıstanla daha yaxından işləyir. Amma Bakıya məsafə baxımından Türmənbaşı limanı Aktaudan 2 dəfə yaxındır. Hansı dövlət daha çox şərait yaradıb, güzəştlər tətbiq etsə, yüklər həmin marşrut üzə daşına bilər. Bu, həmçinin rəqabət mühitinin yaradılması ilə nəticələnər", - Akif Mustafayev deyib.

Adıçəkilən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də Ukraynanın İlyiçovsk limanından yola çıxıb. Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. 20 vaqondan ibarət sınaq qatarı İlyiçovsk limanından "İpək yolu"nun yeni marşrutu üzrə - Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Çin - keçərək yanvarın 31-də Çinin "Dostık" stansiyasına çatıb.

Bu nəqliyyat dəhlizi Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir. Yəqin ki, iştirakçı dövlətlər ortaq məxrəcə gəlib bütün suallara cavab tapacaqlar. Burada əsas məsələlərdən biri də nəqliyyat dəhlizinin effektivliyinin saxlanılmasıdır. Elə bir güzəştlər tətbiq edilməlidir ki, Ukrayna və Rusiya arasında münasibətlər bərpa olunduğu zaman nəqliyyat dəhlizinin əhəmiyyəti itməsin. Bunun üçün əsasən tariflərdə və xüsusilə də keçid məntəqələrində prosedurlar daha da sadələşdirilməlidir. Amma bu güzəştlər Azərbaycanın maraqlarına zidd olmamalıdır.

Tarix
2016.02.18 / 21:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla