Yuxarı

Türkiyə hökumətinə verilən mühüm mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara terroru Türkiyə hökumətinə verilən çox ciddi siyasi mesajdır.

Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Axar.az-a açıqlamasında deyib. Politoloq ötən gün Ankarada 28 nəfərin ölümü ilə nəticələnən teraktla bağlı iki mümkün ehtimalı açıqlayıb:

"Ankara terrorunun Türkiyəni Suriya müharibəsinə yaxınlaşdırması barədə fikir yürütmək çətindir. Çünki terrorun məqsədi bəlli deyil. Ancaq terrorun Türkiyə baş naziri və prezidentinin eyni gündə müxtəlif istiqamətlərdəki səfərləri ərəfəsində Baş Qərargah yaxınlığında törədilməsi bir çox məqamlardan xəbər verir. Əslində, Türkiyə hökumətinə çox ciddi siyasi bir mesaj verilib. Mesaj ondan ibarətdir ki, əgər Türkiyə hökuməti xarici siyasət kursunu intensivləşdirməkdə və davam etdirməkdə israrlıdırsa, onda ağır problemlərlə üzləşəcək. Digər tərəfdən isə ola bilsin, bu terroru həyata keçirməkdə məqsəd, sadəcə, bu səfərləri pozmaq idi. Yəni ki, hər iki ehtimal mümkündür".

Qeyd edək ki,17 fevralda Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

Tarix
2016.02.19 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla