Yuxarı

Ankara teraktını hansı dövlət törədib? - İddialar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara teraktını məhz Rusiya xüsusi xidmət orqanlarının törətməsini demək üçün kifayət qədər əsasımız yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze söyləyib. Onun sözlərinə görə, artıq Rusiya ilə Türkiyə arasında savaş gedir:

"Kremlin bu teraktın törədilməsində barmağının olması ehtimalı var. Əgər terroru PKK terrorçuları həyata keçiribsə, bunun əsas məqsədi Türkiyədəki situasiyanı destablizasiya etmək, Ərdoğana zərbə endirmək və ictimaiyyət arasında narazılığı artırmaqdır. Moskvanın PKK-nı aktiv dəstəkləməsi isə polişinel sirdir (hər kəsə bəlli olan – red.). Əgər teraktların arxasında İŞİD-in olduğu bilinsə, o zaman burada da Rusiya xüsusi xidmət orqanlarının rolunu tam istisna etmək olmaz. Məhz İŞİD-in sıralarında bu cür teraktları həyata keçirməyə qadir olan ruslar yox deyil.

Ancaq bu teraktın vasitəsilə Ankaraya xəbərdarlıq etmək gecdir. Artıq Rusiya ilə Türkiyə arasında müharibə gedir, bu terakt isə həmin döyüş fəaliyyətinin bir hissəsidir. Moskvada yaxşı bilirlər ki, Ərdoğan öz mövqeyindən geri çəkilməyəcək. Ərdoğanın həmçinin Azərbaycana olan səfərini təxirə salmasından istifadə edən Moskva əlinə düşən zamandan yararlanaraq, Bakıya qarşı təzyiqləri artıra bilər. Biz böyük dəyişikliklər ərəfəsindəyik. Tərəflər şahmat taxtası üzərində təkcə öz fiqurlarını yerləşdirməyib, onlar həm də aktivlər gedişlər etməyə başlayıblar".

REAL İdarə Heyətinin üzvü Erkin Qədirli də bu teraktın arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanması ehtimalının mümkünlüyü barədə sosial şəbəkədə status paylaşıb. Onun sözlərinə görə, bu terror Türkiyənin Suriyaya ordu yeritməsini istəməyən ölkələrin marağındadır:

"Admiral Soner Polad Türkiyə qoşunlarının Suriyaya yeridilməsinin önəmi haqqında danışdı. Üstündən bir neçə gün keçəndən sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı qarşısında güclü partlayış törədildi, xeyli insan öldü və yaralandı. Sübutum yoxdur, amma burada təsadüfə inanmıram. Türkiyənin Suriyaya qoşun yeritməsini istəməyən hər kimdirsə, bu terror onun marağındadır və güman ki, onun təşkilatçılığı, ya da yardımıyla törədilib. Mən Rusiyadan şübhələnirəm, amma Yaxın Şərqdə vəziyyət elə qarışıb ki, bu terror bir neçə dövlətin də marağında ola bilər".

Qeyd edək ki, 17 fevralda Ankarada baş verən terakt nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

Tarix
2016.02.19 / 09:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla