Yuxarı

MN Xocalı ilə bağlı tədbirlərə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının ildönümü Silahlı Qüvvələrdə keçiriləcək silsilə tədbirlərdə anılacaq.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Təsdiq edilmiş plana əsasən tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanları əhatə edir.

İctimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı soyqırımı" mövzusunda tədbirlərin təşkili, ilk dərslərin qanlı hadisəyə həsr edilməsi, konfrans və "dəyirmi masa"ların, ədəbi-bədii gecələrin, sərgilərin, faciə qurbanlarının ailə üzvləri ilə görüşlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlərin, tamaşaların nümayişi də nəzərdə tutulub.

Tədbirlər planına əsasən Goranboy rayonu icra hakimiyyəti ilə birlikdə "Xocalı qisasa çağırır bizi" devizi altında faciə qurbanlarının və "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən Beyləqan rayonundan olan Azərbaycan Milli Qəhrəmanlarının xatirəsinə həsr edilən anma mərasimləri təşkil olunacaq.

Bundan əlavə, şəxsi heyət Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcəkdir.

Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dövlət bayraqları endiriləcəkdir.

Tarix
2016.02.19 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla