Yuxarı

Formula-1 ulduzları Bakıya gəlir - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Formula-1-də boş olan son vakansiya da tutulduqdan sonra komandaların tam heyəti formalaşıb.

Axar.az f-1.az-da dərc olunmuş məlumata əsasən xəbər verir ki, bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub.

Bu il çempionatda 11 komanda iştirak edir və hər bir komandanı iki sürücü təmsil edir. Ona görə də Hökumət Evinin qarşısındakı start-finiş düzlüyündə iyunun 19-da dünyanın ən sürətli 22 sürücüsünü görəcəyik. Qeyd edək ki, peletonda 5 dünya çempionu (Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton) yarışacaq.

Aşağıdakı cədvəldən də göründüyü kimi, peletonda ən təcrübəli sürücü Censon Battondur. Britaniyalı sürücü 17-ci mövsümünə hazırlaşır və indiyə kimi 287 Qran-Pridə iştirak etməklə 284 yarışa qatılıb, 15 mindən çox dövrə vurmaqla 75.5 min km-dən çox məsafə qət edib. Bakıya gələn sürücülər arasında ən titullusu dördqat dünya çempionu Sebastian Fettel olsa da, qələbə sayına görə cəmi bir qələbəlik üstünlük sonuncu dünya çempionu Lyuis Hemiltondadır – 43 qələbə. Amma S.Fettel 2013-cü ilin ikinci yarısında ardıcıl 9 qələbə qazanmaqla adını Formula 1 tarixinə yazdırıb.

Podiumların sayına görə Bakıya gələcək sürücülər arasında Fernando Alonso (90) liderlik etsə də, pouldan və birinci cərgədən start almaq üzrə lider L.Hemiltondur. Sürətli dövrələrə görə Kimi Raykkönen (42) rəqiblərini çox qabaqlayır. S.Vettelin 28 dubluna (pouldan start almaqla qələbə qazanmaq) L.Hemilton 9 het-triklə (poul, qələbə və sürətli dövrə) cavab verib. Startdan finişədək liderlik daha çox etdiyinə görə (13 dəfə) S.Fettel peletonda 4 dəfə Böyük Dəbilqə (het-trik və startdan finişədək liderlik) qazanmış sürücüdür.

S.Fettel həm də "Formula 1" tarixində indiyə qədər ən çox xal qazanmış sürücüdür. Hazırda onun hesabında 1896 xal var.

Amma Bakıda keçiriləcək yarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər.

Tarix
2016.02.19 / 18:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla