Yuxarı

Diktatorlar bu ölkəni necə varlandırır? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ən böyük heykəl istehsalçısı və ixracatçısıdır.

Axar.az-ın məlumatına görə, Afrika qitəsindən xeyli müştərinin olması Şimali Koreyaya pul axınına səbəb olur.

Şimali Koreya istənilən diktatorun nəhəng bürünc heykəlini hazırlaya bilər. Təki Mansuday İncəsənət Emalatxanasına sifariş edilsin.

"BBC Azərbaycanca" yazıb ki, bu emalatxana 1959-cu ildə yaradılandan bəri Şimali Koreyanın tükənmək bilməyən təbliğat ehtiyaclarını təmin edir. İstər nəhəng heykəllər, istərsə divar rəsmləri və ya freskalar olsun.

Emalatxananın 4 min işçisi var və paytaxt Pxenyanın göbəyində yerləşir. Onun işçiləri Anqola, Benin, Çad, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Efiopiya və Toqodan sifarişlərin yerinə yetirilməsi ilə məşğuldurlar. Zimbabve lideri Robert Muqabenin iki nəhəng heykəli onun ölümünü gözləyir.

Seneqaldakı nəhəng Afrika İntibahı Abidəsini isə Mansuday işçiləri elə yerində işləyib hazırlayıblar. Bəzi təxminlərə görə, müəssisə ölkəyə on milyonlarla dollar gəlir gətirib.

Tarix
2016.02.20 / 00:28
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla