Yuxarı

“Təbii ki, bunlar onu kür edəcəkdi…”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin ilk həftə üçün qonağı yaxın günlərdə 62 yaşını qeyd edən Azərbaycan şairi Əlisəmid Kürdür.

Yaradıcılığı müzakirəyə çıxarılan ədəbiyyat adamı haqqında müzakirələrin sonunda bir oxucusunun da bir abzaslıq fikrini təqdim edəcəyik. Bu dəfə şair Əlisəmid Kür haqqında onun oxucusu Səməd Səfərov fikirlərini bölüşür:

"Əlisəmid hələ Kür olmazdan qabaq Salyanın 3 nömrəli məktəbini fərqlənmə diplomu ilə bitirdi və təbii ki, belə fərqlənmələr Əlisəmidi Kür edəcəkdi. Çünki Kür də fərqli çaydır. Bu çay başqa böyük çaylardan fərqli olaraq (Volqa, Yenisey və sair) öz məcrasını başqa bir dövlətin ərazisindən götürüb, başqa bir dövlətin ərazisindən keçir, gəlib sonda məhz Əlisəmidin vətənində və həm də onun doğulduğu regionda öz böyük dənizinə qovuşması Əlisəmidi Kür edəcəkdi. Təbii ki, bu fərqlilik onu anbaan bütün həyatı boyu təqib edib. O bu günə qədər özündən başqa heç kim ola bilməyib. Elə ona görə də həyatı həmişə təzadlı və rəngarəng olub. Monotonluq ona yaddır. O, etiraz etməyi bacarır. Onun dünyaya baxışları da belədir. Elə buna görə də o, AYB-də də vətəndaşdır. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində də vətəndaşdır. Televiziyada da vətəndaş olub, kinostudiyada da, redaktorluğunda da, məsul katibliyində də sözün əsl mənasında vətəndaşdır".

Tarix
2016.02.20 / 08:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla