Yuxarı

Mart ayının qeyri-dərs günləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün necə gün dərs gününün olmayacağına aydınlıq gətirib.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-ci il tarixli, 402 nömrəli Qərarına əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

Nazirlikdən bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq. Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar olaraq, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 28-i dərs günü olacaq.

Beləliklə, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs günü olmayacaq.

Xatırladaq ki, ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək 8 günlük "Yaz tətili" olurdu. Tədris ilinin uzadılması və tətil günlərində müəyyən dəyişikliklərin edilməsi ilə əlaqədar bu tədris ilində şagirdlər üçün ayrıca "Yaz tətili" nəzərdə tutulmayıb.

Bu il ilk dəfə olaraq, tədris ili iyunun 14-də başa çatacaq. 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Tarix
2016.02.20 / 09:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla