Yuxarı

Seymur Baycan qadınlardan nə istəyir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəms Təbrizi: "Uca Tanrım məni o qədər sevir ki, istədiyim şəkildə yanıma gəlir və bu an da Kimya xatun (Şəmsin qadını) şəklində gəldi".

Seymur Baycanı kim aldadıb? Düşünürəm ki, Seymur Baycanı "qurbağa"sı aldadıb. Bəs Seymur Baycan kimi aldadıb? Məsələn, Seymur Baycan romanlarındakı kimi məni aldada bilmədi. Səlist, təmiz nəsr dili kimi məni aldada bilmədi. Doğrudur, hərdən bir çoxlarını "qurbağasına" dolayıb aldada bilir, nə olsun? Bu ki ədəbi Hadisə yox, primitiv Elarizdən başqa bir şey deyil!

Niyə Seymur Baycan bizim qadınları səviyəsiz adlandırır? Deyim? Seymurun dəhşətli ağrıları var. Seymurun psixi obrazları, onu özünün yox, obrazlarının həyatını yaşamağa vadar edir. Seymur öz yaratdıqlarının qurbanına çevrilib.

Niyə əxlaq dəyərlərini rəzilliklə eyni sıraya qoyan seymur baycankimilərə züy tutanlar dərk etmirlər ki, Qərb qadının dırnaqarası özgürlüyü "bondage sex" ayinlərinin uçurumundan yuvarlanmaqdadır? Buna özgürlük deyirsiniz, yoxsa inkişaf? Xiyarla "sevişməyin" nəyi inkişafdır?

Qərb qadınlarından fərqli olaraq Şərq qadınları İlahlıq və qutsallıq məqamından rəzillik məqamına endirilməyiblər. Məhəllədən keçən qızların namusuna sahib çıxan müsəlman-şərq kişiləri, məhşurluq naminə öz arvadı ilə porno görüntülərini yayımlayan avropalı kişilərdən tamam fərqlidir.

İslamda bir deyim var - "Tanrı qısqancdır". Doğrudur, o, özündən başqa heç kəsdən həzz alınmasına razı olmur və qadınların timsalında özü həzz alan kimi daim mövcuddur. Hindlilərin Tanrıya Krişna, yəni ən böyük həzz alan demələrinin də mənası heç şübhəsiz bununla bağlıdır. Çünki bütövlük bir-birindən heç bir notunun ayrılması mümkün olmayan Tanrının qısqanc rəqsidir. Məhz buna görə, dahi sufi mürşidi İbn Ərəbi "Qadın və kişinin qucaqlaşmasından böyük qovuşma yoxdur" (Ana və oğul münasibətləri də bu qəbildəndir) deyirdi. İbn Ərəbi kimi böyük sufi filosofu Məhəmməd peyğəmbərin qadınlara olan sevgisinin altında bu sirrin dayandığını söyləmişdi. Çünki Tanrı qadında çox mükəmməl şəkildə müşahidə edilməkdədir.

Şərq qadını hər zaman yüksək məqam sahibi olub. Talmud əfsanələrində cin qövmündən olan özgür qadın Lilit, Altay miflərində Akana, Humay ana. Şumerlərdə İnanna, Babil miflərində İşdar, qədim hind Miflərində Şiva, ərəb miflərində Əl-Lat, Əl-Uzza və sairə.

Bəs Qərb qadını? Qərb qadını freskalarda lüt-üryan boynunu büküb onları təhqir edənlərin halına acıyır, yoxsa hiddətlənir? Bəlkə Qərb qadını 17-ci əsrə qədər İncilə toxunmağın qadağan edilməsinin acısını hələ də unutmayıb? Hansı səbəbdən Qərb qadınları Liliti özgürlük simvolu edib?

Çoxlu suallar var və bu suallara cavab verəcək seymurlar da az deyil.

Müsəlman-Şərq qadını övladı üçün yanan ana, ailə məbədinin mühafizəçisi (Məbədləri qoruyan səma tanrıçası Əl-Lat) və ən nəhayətində gecənin özgür çağırışıdır (Gecə İlahəsi Leyla, qədim türk miflərində Lalə).

Kim nə deyir-desin, mənim üçün qadın ölümsüzdür. Ən azından, doğmağı bacardığına görə. Dostum Aqşin Evrən düz deyir: "Qadın ölmür, ölüm özü qadınlaşır".

Tarix
2016.02.20 / 11:23
Müəllif
Elçin Aslangil
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla