Yuxarı

“Yehova şahidləri”nin qərargahı satıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu York ştatında "Yehova şahidləri" dini icmasının mərkəzi qərargahı satılıb.

Axar.az xəbər verir ki, "Blomberq"in yaydığı məlumatda dini icmanın Bruklindəki mərkəzi qərargahının 900 milyon dollara satıldığını bildirilib. İcmanın bundan sonrakı mərkəzi qərargahının Nyu York ştatının Uorvik şəhərində yerləşəcəyi deyilib.

Qeyd edək ki, "Yehova şahidləri"nin mərkəzi qərargahı 5 binadan ibarət olub və 68 min kvadrat metr ərazini əhatə edib. Dini icma bu kompleksi 1969-cu ildə alıb.

"Yehovanın şahidləri" 1931-ci ilə, müasir adı qəbul olunana qədər, "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyğəmbərin kitabından götürüblər. "Yehovanın şahidləri"nin tarixi XIX əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarında Çarlz Teyz Rassel tərəfindən əsası qoyulan "Müqəddəs Kitab tədqiqatçıları" (Bible Students) hərəkatından başlayır.

Tarix
2016.02.20 / 17:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla