Yuxarı

Nazir Berlində Cənub dəhlizindən danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Energetika naziri Natiq Əliyev Almaniyanın paytaxtı Berlində "Avropada enerji transformasiyasının yenidən təşkili: rəqabətli, təhlükəsiz, innovativ" adlı konfransda iştirak edib.

Axar.az xəbər verir ki, Natiq Əliyev konfrans çərçivəsində "Rəqabətli Avropa üçün enerji infrastrukturunun transformasiyası" mövzusunda dəyirmi masada iştirak edib və nitq söyləyib. Nazir çıxışında Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu, Cənub Qaz Dəhlizi layihəsi üzrə görülən işlər və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Qünter Öttinqer, Almaniyanın Federal Kansler Aparatının rəhbəri, xüsusi tapşırıqlar üzrə nazir Peter Altmayer, Almaniyanın federal ətraf mühit və təbiətin qorunması naziri Barbara Hendriks, Almaniya Bundestaqının deputatları, dünyanın böyük enerji şirkətlərinin rəhbər şəxsləri, Almaniyanın nüfuzlu sənaye birliklərinin və assosiasiyaların rəhbərləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Konfransı Almaniyanın hakim Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurası (Wirtschaftsrat der CDU) təşkil edib.

Tarix
2016.02.20 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla