Yuxarı

Türkiyə: "Suriyada müharibə bitməyəcək"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara terroru Türkiyənin Suriya ilə bağlı siyasətinə təsir edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Ankara terroru yeni məqamları ortaya çıxardı" adlı məqaləsində qeyd edib.

O, bu günə kimi Türkiyənin bir çox şəhərlərində terror aktları törədildiyini bildirsə də, Ankara terrorunu bir çox cəhətlərinə görə bir ilk adlandırıb:

"Türkiyə ABŞ-ın YPG-yə dəstəyini haqlı olaraq tənqid edir. 24 noyabr 2015-ci il tarixində Su-24 təyyarəsinin vurulmasından sonra Rusiyanın Türkiyəyə qarşı YPG-dən istifadə etməsi bəlkə də anlaşılandır. YPG İŞİD-ə qarşı müharibə aparsa da, terrorçular yenə də əvvəlki kimi güclüdürlər. Bəşər Əsəd də mövqeyini qoruyub saxlayır və strateji nöqtələr onun əlindədir. Digər tərəfdən də Rusiya Suriyanın mülki əhalisini hədəf alaraq şəhər və qəsəbələri bombalayır. Ruslar dekabr ayından bəri bütün atəşkəslə bağlı razılaşmaları pozub və Münhen anlaşmasına da əməl etməyərək, şəhərləri bombalamağa davam edir. Son vaxtlarda Rusiyanın hücumlarında 2 mindən çox insan həlak olub".

İbrahim Kalın onu qeyd edib ki, İŞİD məğlub edilsə belə Əsəd rejimi cinayətlər törətməyə davam edəcək və bunun qarşını almaq mümkün olmayacaq :

"Suriyada müharibə bitməyəcək. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi xalqına qarşı qətlimalar həyata keçirməyə davam edəcək. Bu da daha çox müharibə, qan və qaçqın anlamına gəlir".

Tarix
2016.02.20 / 20:09
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla