Yuxarı

“Qarabağ” “Neftçi”yə qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tur fevralın 20-də "Qarabağ"-"Neftçi" qarşılaşması ilə davam edib.

Axar.az xəbər verir ki, turun mərkəzi görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Son iki mövsümün çempionu və hazırkı lider "Qarabağ" əzəli rəqibi "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Bununla da cari mövsümdə keçirdiyi iki görüşün heç birində Ağdam klubuna məğlub olmayan "Neftçi" bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib. Meydan sahibi komanda qarşılaşmanın 8-ci dəqiqəsində Samuel Armenterosun qolu ilə hesabı açıb. İkinci hissənin 80-ci dəqiqəsində isə "Qarabağ"ın heyətində Dani fərqlənib.

Beləliklə, bu qələbə sayəsində Qurban Qurbanovun komandası 47 xalla liderliyini bir qədər də möhkəmləndirib. "Neftçı" isə 31 xalla altıncı pillədə qalıb.

Qeyd edək ki, XXII turun sonuncu iki oyunu fevralın 21-də keçiriləcək.

Tarix
2016.02.20 / 22:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla