Yuxarı

AZAL-dan sərnişinlərə - Yeni güzəştlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" (AZAL) aşağı büdcəli istiqamətlər üzrə uçuşlar üçün AZALJET brendinin yaradıldığını açıqlasa da, hələ ki bilet qiymətlərinin nə qədər olacağı məlum deyil.

ANS-in məlumatına görə, yeni brend martın 28-dən fəaliyyətə başlayacaq.

Yeni brendin əsas özəlliklərindən biri daha ucuz qiymətlər təklif etməsidir. Ümumiyyətlə, son illərdə aşağı büdcəli aviaşirkətlər bütün dünyada məşhurluq qazanıb.

Məlumata görə, "Vizzair", "Peqasus" və "Atlasjet"şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir. Məsələn, martın sonunda Macarıstanın aşağı bücəli aviaşirkəti "WizzAir" tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək. Bu isə bir növ milli brend olan AZALJET-lə rəqabət mühiti yaradacaq. Məlumdur ki, AZAL-da bilet qiymətləri digər aviaşirkətlərlə müqayisədə müəyyən qədər bahadır. Yeni AZALJET brendinin bilet qiymətləri isə hələlik məlum deyil.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev açıqlamasında bildirib ki, AZAL digər ucuz büdəcəli aviaşirkətlərdən daha ucuz qiymət təklif etməlidir ki, sərnişinlər onunla səyahətə çıxmağa maraq göstərsinlər.

"Xüsusi güzəşt kompaniyaları ilə sərnişinləri Azərbaycanın yeni brendi ilə uçmağa həvəsləndirmək olar. Məsələn, təklif ola bilər ki, sərnişinlərin 100 dollara Bakıdan Londona uçması mümkündür. Əgər belə güzəştlər təşkil edilərsə, o zaman insanlar yerli aviaşirkətlərlə uçmağa həvəslənərlər. Bütün bunlar müəyyən şərtlər daxilində həyata keçirilməlidir. Məsələn, qida və baqaj məhdudiyyəti üçün əlavə ödəniş tələb edilə bilər", - deyə Oqtay Haqverdiyev bildirdi.

Onun sözlərinə görə, belə güzəştlərin tətbiq edilməsi rəqabət mühitinin yaranması ilə nəticələnər. "Bu praktika dünyanın əksər aviaşirkətləri tərəfindən tətbiq edilir. Bir-biri ilə rəqabətə girən şirkətlər daha ucun qiymətlər təklif etməyə məcbur olurlar. Bu isə həm şirkətlər, həm də sərnişinlər üçün sərfəlidir. Bəzi hallarda ucuz bilet təklif edən aviaşirkətlər kampaniyalar təşkil edə bilirlər. Məsələn elə ola bilər ki, sərnişin 120 avroluq bileti kampaniya keçirildiyi üçün 20 avroya əldə etsin",- deyə iqtisadçı bildirdi.

Oqtay Haqverdiyevin sözlərinə görə, bəzi hallarda AZAL tərəfindən xarici aviaşirkətlərin fəaliyyətinə maneələr törədilirdi. "Məsələn, yanacağı baha qiymətə təklif edirdi. Xarici şirkət də Azərbaycana gəlməkdən imtina edirdi. Amma hazırda rəqabət mühitinin yaradılması üçün Azərbaycanda yeni qanun layihəsi hazırlanır. Nəticədə, ölkədə AZAL-la bərabər həm yerli, həm də xarici aviaşirkətlər fəaliyyət göstərə biləcək",- deyə Oqtay Haqverdiyev vurğulayıb.

İlk "lou-kost" aviareyslər 1990-cı illərdəABŞ-da təşkil edilib. Qonşu Türkiyə və Gürcüstanda belə ucuşlar demək olar ki, hər gün təşkil edilir. Amma ucuz büdcəli uçuşlarda sərnişinlərin qidalanması və 8 kiloqramlıq baqajdan artıq yükə əlavə ödəniş tələb edilir. Həmçinin, ayın müxtəlif günləri üçün xüsusi ucuz biletlər təklif edilir. Məsələn, Türkiyənin ucuz büdəcəli aviaşirlətlərindən biri yalnız 22 mart tarixinə Londona 22 dollarlıq səfərlər təşkil edir. Bundan başqa, məsələn, "WizzAir" aviaşirkəti Tiflis – İstanbul reysi istiqamətində gediş - gəliş biletini 126 avroya (213 manat) təklif edir. Bura Bakı - Tiflis qatarı (gediş - gəliş) ilə 55 avroluq (23 manat) gediş haqqını da daxil etsək, o zaman 1 azrəbaycanlının Bakıdan İstanbula yol xərci 268 manat edir.

Amma AZAL ötən ilin mart və aprel aylarında Macarıstanın "WizzAir" və Türkiyənin "Pegasus" şirkətlərinin Azərbaycanda fəaliyyətini dayandırıb. Daha sonra iyulun 22-də AZAL bəyan edib ki, "daha çox tələbat olan" İstanbul,Antalya, Dubay və Moskva istiqamətlərində qiyməti 99 avro olan reyslər açıb. Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılıb.

Belə reyslərin təşkil edilməsi həm ölkəyə yeni sərmayədarların cəlb edilməsi, həm də turizmin inkişafı baxımından əlverişli olardı. Çünki hər hansı xarici şirkətin Azərbaycanda fəaliyyət göstərməsi ölkə büdcəsinə vergi daxilolmalarının artması ilə nəticələnir. Həmçinin, ucuz aviabiletlərin təklif edilməsi ölkəyə turist axınını artıra bilər.

Azərbaycanda qiymətlər qonşu ölkələrdən daha ucuz olmalıdır. Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir. Biz hətta aviasiya kerosinini bəzi ölkələrə satırıq. İndi Azərbaycanda elə bir mexanizm yaratmaq olar ki, ətraf ölkələrin sakinləri məhz Azərbaycan üzərindən uçmağa üstünlük versinlər.

Tarix
2016.02.20 / 23:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla