Yuxarı

"Azərsun"un işçisinə silahlı hücum edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən günorta saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində Saatlı rayonundakı mağazalardan satış pulunu götürərək geri qayıdan "Azərsun" şirkətinin İmişlidəki ofisinin əməkdaşının idarə etdiyi VAZ-2107 markalı avtomaşına silahlı basqın edilib.

Virtualaz.org saytı xəbər verir ki, şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını izləməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, yanaşı sürərərk sürücü-ekspeditora tüfəngdən atəş açıblar.

Məlumata görə, sürücü yaralansa da, avtomaşını dayandırmadığından niyyətlərini həyata keçirə bilməyən cinayətkarlar ələ keçməkdən qorxaraq hadisə yerindən uzaqlaşıblar.

Hazırda Saatlı və ətraf rayonların polisi basqınçıların istifadə etdikləri VAZ-2107 avtomobilinin və cinayəti törədənlərin axtarışlarına başlayıblar.

Xəsarət almış "Azərsun" şirkətinin əməkdaşı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı şirkət işçisi maşında tək olub.

Tarix
2016.02.21 / 00:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla