Yuxarı

Obamadan Ərdoğana: “Putinə də dedim…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında fevralın 19-da 1 saat 20 dəqiqə davam edən telefon söhbətinin pərdəarxası detalları bəlli olub.

Axar.az xəbər verir ki, "Hürriyət" qəzetinin diplomatik mənbələrdə əldə etdiyi məlumata görə, Obama söhbət zamanı Suriyadakı əsas hədəflərinin İŞİD-lə mübarizə olduğunu bildirib.

Ərdoğan isə Rusiyanın əməliyyatları nəticəsində müxalifətin İŞİD-lə mübarizəsinin zəiflədiyini deyib.

"Bu barədə Putinlə telefonda danışdım. Putinə açıq şəkildə dedim ki, müxaliflərə qarşı əməliyyatları dayandırın", - Obama cavab verib.

Obama həmçinin türk ordusunun YPG-yə qarşı top atəşlərini dayandırmasını istəyib.

"YPG və Əsəd ordusu birgə hərəkət edir. Hədəfləri İŞİD-lə mübarizə deyil. Əgər Azez şəhəri işğal olunarsa, Türkiyə ciddi köç və təhlükəsizlik problemi ilə qarşılaşacaq. Əsəd, Rusiya və YPG Münhendə əldə edilən razılaşmaya riayət edərsə, top atəşləri də dayanacaq", - Ərdoğan cavab verib.

Qeyd edək ki, fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında bir həftə ərzində Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub.

Tarix
2016.02.21 / 11:41
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla