Yuxarı

Çempion: “Tapşırığı yerinə yetirdik”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilk startdır və demək olar ki, tapşırığı minimum yerinə yetirdik.

Bunu Trend-ə Azərbaycan gimnastı Oleq Stepko deyib.

Yarışlarda üç medal qazanmış idmançı bildirib:

"Qarşıda Olimpiadaya qədər hələ çox startlar var. Biz səflərimizi bilirik, onların düzəldilməsi və başqa dünya kuboku yarışlarında nəticələrimizi yaxşılaşdırmaq üzərində işləyəcəyik".

O.Stepko yarışlardakı nəticələrindən razı qaldığını bildirb:

"Bir şey deyə bilərəm ki, nəyin üzərində işləyirsənsə, nəyə doğru can atırsansa ona da nail olursan. Bu gün nəticələrimdən mənunam, eyni zamanda bilirəm hansı səhflərimi düzəltməliyəm. Düşünürəm yarışa 70 faiz hazır idim, ilk növbədə hazırlaşdığım tapşırıqlara düşmədim. Bəli, halqalarda və turnikdə finala düşdüm, halbuki, sərbəst hərəkətlərdə və gimnastika atında finala düşməli idim. Bir aydan sonra Qatarda yarışlar başlayır, bütün səhflərimizi düzəltməyə çalışacağıq".

Qeyd edək ki, O.Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl, dayaqla tullanmada gümüş və halqalarda hərəkətlərdə bürünc medal qazanıb.

Tarix
2016.02.21 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla