Yuxarı

"Türkiyəni bir dövlət kimi ləğv etmək lazımdır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez öz qeyri-ciddi fikirləri ilə gündəmə gələn Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bu dəfə də qalmaqallı bəyanat səsləndirib.

ANS-in məlumatına görə, o, "Rus xəbərlər xidməti" agentliyinə verdiyi müsahibəsində Türkiyənin hərbi komendantı postunu tutmağa hazır olduğunu bildirib.

"Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945-ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və rus dilini ikinci rəsmi dil elan etmək üçün", - deyə V.Jirinovski gələcək planlarını da açıqlayıb.

RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır.

O, bir məqamı da xüsusi vurğulayıb ki, bu məsələnin həllində hərbi köməyi yalnız Rusiya göstərə bilər.

Jirinovski onu da iddia edib ki, kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da yüz il əvvəlki "soyqırım"a görə qisas almaq istəyirlər.

RLDP sədri sonda qeyd edib ki, onun fikrincə, bu, irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq: "Çünki Avropa İttifaqı Türkiyəni müdafiə etmək fikrində deyil, NATO isə bu məsələyə qarışmayacaq, ən azı o səbəbdən ki, ona belə Türkiyə lazım deyil".

Bir neçə gün öncə isə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni böyük terror dalğası ilə hədələmişdi.

"Rossiya 1" telekanalının "Poyedinok" (Qarşıdurma) verilişində çıxış edən Vladimir Jirinovski Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə Rusiyanın atacağı addımlardan danışmışdı. Onun sözlərinə görə, Türkiyə şəhərlərinə kürd və erməni terrorçularının dəstəyi ilə terror hücumları ediləcək.

Tarix
2016.02.22 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla