Yuxarı

Araz Ağalarov: "Hər şey alt-üst oldu"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada rublun devalvasiyası, dolların kursunun qalxması futbol üzrə 2018-ci il Dünya Çempionatının keçirilməsi üçün nəzərdə tutulan stadionların tikintisi ilə məşğul olan podratçıları ciddi ziyana salıb.

Virtualaz.org "Kommersant"a istinadən xəbər verir ki, belə podratçılardan biri də tanınmış azərbaycanlı milyarder, "Crocus Group" şirkətinin prezidenti Araz Ağalarovdur. Ağalarovun şirkəti Rostovda və Kalininqradda iki stadionun tikintisini həyata keçirir.

"Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır", - Ağalarov deyib.

Ekspertlər hesab edirlər ki, belə getsə, podratçılardan bir çoxu tikintini yarımçıq qoyub gedəcəklər.

Tarix
2016.02.22 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla