Yuxarı

Sistit xəstəliyindən necə qorunmaq olar? - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sistit - sidik kisəsinin iltihabıdır. Qız uşaqlarında oğlanlara nisbətən daha çox rast gəlinir.

Bu sözləri pediatr İlhamə Rüstəmbəyli sistit xəstəliyinin əlamətləri haqda Axar.az-a danışarkən deyib.

O, sistitin müalicəsi ilə bağlı tövsiyələrini də bölüşüb:

"1 yaşa qədər dövrdə isə əksinə, oğlanlarda sıx görünür. Səbəbləri bakteriyalar və viruslardır. Klebsiella, proteus, adenoviruslar uşaqlarda tez-tez ağrılı sidik ifrazına səbəb olur. Bununla yanaşı, gecə sidiyə çıxma, sidiyin pis qoxulu, bulanıq, tünd rəngli olması üşütmə, temperaturun yüksəlməsi, qarının aşağı nahiyəsində ağrı ola bilər. Belə əlamətləri olan uşaqda sistitdən şübhələnmək olar. Uşağın bir neçə dəfə sistitə tutulması gələcəkdə ciddi böyrək xəstəliklərinə yol aça bilər. Belə olduqda sidiyin müayinəsi vacibdir. Lazım gəldikdə hansı mikrobun sistitə səbəb olduğunu aşkar etmək üçün sidiyin mikrobioloji əkilməsi aparılır. Sistiti önləmək üçün xüsusən, qız uşaqlarının gigiyenasına fikir vermək lazımdır. Alt paltarı hər gün dəyişilməli, yuyarkən arxadan önə deyil, öndən arxaya yuyulmalıdırlar ki, anal nahiyədə olan bakteriyalar vaginal bölgəyə düşməsin. Bəzən qurd invaziyalarında da sistit ola bilər. Ev şəraitində sistitli uşağa kömək məqsədilə onu ilıq buxar vannasında oturtmaq, qarnını isti dəsmalla bağlamaq və bol maye verməklə uşağın vəziyyətini yüngülləşdirmək olar. Duzlu, istiotlu, acı maddələr sistiti kəskinləşdirir".

Tarix
2016.02.22 / 01:23
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla