Yuxarı

“Azərbaycan gürcülərin nankor olduğunu düşünəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Gürcüstanda rusiyayönlü qüvvələrin əsas siması "Qazprom"un səhmdarı olan Bidzina İvanişvilidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında ölkənin eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, İvanişvili "Qazprom"da səhmlərinin olmadığını deməklə xalqı aldadıb:

"İsveçrədə İvanişvilinin bu şirkətdə payının olması ilə bağlı xüsusi hesabat yayımlandı. O sizi aldadıb. "Qazprom"un səhmdarı göstərişi birbaşa Kremldən alır. Belə olmasaydı, DTK (KQB) kimisə "Qazproma" buraxardımı? Axı niyə biz belə unutqanıq? 2005-ci ildə "Qazprom" bütün Gürcüstana qaz ixracını dayandırdı və bizim boğazımızdan yapışdı. Azərbaycan isə bizi qazla təmin etdi. Bundan sonra bizə dünyanın heç bir yerində olmayan ucuz qaz kontraktı təqdim etdi. Bundan sonra Azərbaycan bizim nankor xalq olduğumuzu düşünməlidirmi? Rusiyanın Gürcüstanda üç məqsədi olub. Birincisi, uğurlu reformların simvolu olan hakimiyyətimi devirmək idi. Bu, Rusiya üçün çox təhlükəli amildi. İkinci məqsədləri enerji rıçaqlarına sahib olub, "Qazprom" geri qaytarmaqdı. Üçüncüsü isə Gürcüstan yersiz bir ölkəyə çevrilməliydi. Bununla da Moskva Qərbin hər görüşdə Gürcüstandan çıxması barədə ona qarşı irəli sürülən tələblərdən canını qurtarmaq istəyirdi. Rusiya 2008-ci ildə müharibə yolu ilə reallaşdıra bilmədiyi niyyətlərinə hakimiyyətin dəyişilməsi nəticəsində nail oldu. 2012-ci ildə seçkiləri Vahid Milli Hərəkat yox, Gürcüstan uduzdu. Rusiya bu müharibəni uddu".

Qeyd edək ki, Gürcüstan "Qazprom"dan qaz alışı ilə bağlı danışıqlara başlayıb. Artıq tərəflər arasında beş görüş keçirilib.

Azərbaycanın Gürcüstanın qaza olan tələbatının böyük bir hissəsini ödəyir. Rusiya isə Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz qarşılığında Tiflisə 300 milyon kub metr qaz verir.

Tarix
2016.02.22 / 11:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla