Yuxarı

Yəhudi ekspert: “Xocalını ABŞ-da da tanıtmalıyıq…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımı ilə bağlı tədbirlər planımız genişdir.

Axar.az xəbər verir ki, bunu "1905.az" saytına müsahibəsində İsraildən olan beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut söyləyib. Onun sözlərinə görə, İsraildə Xocalı soyqırımını tanıtmaq üçün sosial şəbəkələrin gücündən yararlanmaq lazımdır:

"Məsələn, keçən il biz İsrail-Azərbaycan "Odlar Yurdu" teatral truppası yaratdıq. İsraildə yaşayan gözəl insan və professional rejissor Səadət Şükürovanın və onun ailəsinin bu teatr truppasının yaradılmasında rolu əvəzolunmazdır. Keçən ilin fevralında keçirilən Xocalı qətliamı ilə bağlı tədbirdə "Odlar Yurdu" teatr truppası xüsusi amansızlıqla qətlə yetirilmiş, daha sonra meyitləri təhqir edilmiş xocalıların həyatının son dəqiqələrini böyük həssaslıqla Netanya şəhərinin Mədəniyyət Mərkəzinin səhnəsində canlandırıblar. Tədbirimizdə çıxış edən İsrail Knesset deputatı Yoel Razvozov tamaşaya baxanda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğının mahiyyətini dərindən hissi etdiyini, başa düşdüyünü söylədi. Dedi ki, bu hadisənin XX əsrin sonlarında baş verdiyinə inanmaq olmur. İsrail deputatı bu qorxunc fotoşəkilləri görəndə, Knessetin nümayəndə heyətinin tərkibində Osvensim ölüm düşərgəsinə səfərimi xatırladığını da qeyd etmişdi. Amma mən hesab edirəm ki, bu məsələlərlə bağlı özümüz deyib, özümüzün eşitməyimizə son qoymalıyıq. Biz bu çərçivədən qurtarmalı, yeni üsullar tapmalıyıq. Məsələn, İsraildə qeyd edirlər ki, bu gün Tvitter Feysbukdan daha güclüdür. Dünyada Tvitter inqilabı var. Yəni sosial şəbəkələrin bütün gücündən istifadə etmək lazımdır. Xocalı ilə bağlı dünyada elmi konfranslara böyük ehtiyac var. Mən demək olar, hər il Xocalı ilə bağlı beynəlxalq konfranslarda iştrak edirəm. Keçən il Stokholmda, Kişinyovda, Moskvada, Ankarada elmi konfranslarda çıxış etdim və Xocalı qətliamı ilə bağlı hərtərəfli sənədli prezentasiyanı təqdim etdim. Amma mən İsrail çərçivəsindən çıxmağın tərəfdarıyam. Çünki bu hadisələri Amerikada da tanıtmalıyıq. Mənim orada yaxşı əlaqələrim var. Amerikada yəhudi diasporunun nəzarətində olan nüfuzlu kütləvi informasiya vasitələri var ki, hətta Konqressə də təsir etmək gücündədir. Çalışıram ki, həmin KİV orqanlarında Azərbaycanla bağlı məqalə, yaxud məqalələr silsiləsi getsin. Azərbaycan çalışmalıdır ki, dünyada dostları çox olsun və həqiqətən də Azərbaycanın dostları koalisiyası formalaşsın".

Tarix
2016.02.22 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla