Yuxarı

Test üsulu ləğv edilərsə... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmtahan götürmə səlahiyyətinin TQDK-dan alınması düzgün deyil.

Bu barədə Axar.az-a test imtahanının ləğv edilməsi barədə səslənən fikirləri şərh edən təhsil üzrə ekspert Kamran Əsədov deyib. Dünya praktikasında qəbul prosesinin həyata keçirilməsinin kifayət qədər üsullarının olduğunu deyən ekspert Azərbaycanda buna inanılmamasını təəssüflə qeyd edib:

"Test bilik göstəricisi deyil, seçim üsuludur. Yəni sənəd vermiş şəxslər arasında bu və ya digər göstəricilərə malik olan şəxslərin seçilməsidir. Bu üsulun şəffaflığı da göz qabağındadır. Hesab edirəm ki, testin forması dəyişməlidir. Dünya praktikasında qəbul prosesinin həyata keçirilməsinin kifayət qədər üsulları var. Təsəvvür edin, dünyanın ən aparıcı ali məktəbləri Azərbaycan kimi ölkələrdən öz universitetlərinin şərtlərinə görə imtahanları qəbul edir və inanırlar. Ancaq təəssüf ki, bizdə belə deyil. Məncə, qruplar üzrə seçim etmək yanlışdır. Bu, ixtisaslar üzrə olmalıdır. Birinci mərhələdə hər kəs iştirak etməli, ümumi biliklər yoxlanılmalı, ikincidə isə sahə üzrə imtahan keçirilməlidir. Əslində, test üsulunun TQDK tərəfindən aparılmasının heç bir yanlış tərəfi yoxdur. Azərbaycan təhsili üçün hazırda bu formanın ləğvi uğurlu nəticəyə gətirib çıxarmayacaq. Praktikada var ki, imtahanlar TQDK tərəfindən keçirilsin, seçim isə təhsil müəssisələrinin ixtiyarına verilsin".

K.Əsədov test üsulunun ləğv olunmasının hələ ki, təklif formasında olduğunu bildirib:

"Hazırkı sistem sayəsində kasıb, ucqar dağ kəndlərində oxuyan şəxslər belə obyektiv şərtlərlə ali təhsil ala bilirlər. Testin ləğvi heç bir yenilik gətirməyəcək. TQDK-nın ləğv edilməsi düzgün deyil, çünki digər qurumlarla müqayisədə burada neqativ hallar yox dərəcəsindədir. İmtahan götürmə səlahiyyətinin qəbul komissiyasından alınmasına hazırda qanunvericilik də imkan vermir. Bu, yaxın 3 il ərzində mümkün deyil".

Ekspert sözügedən yeniliyin yol aça biləcəyi problemlərdən də danışıb:

"Öz biznes layihələrini dövlətə nəzərən həyata keçirən kurslar və bir çox təhsil müəssisələri bundan ziyan görə bilərlər. Hazırda məsələ yüksək səviyyədə gündəmdə olsa da, testin ləğvi inandırıcı deyil. Bu üsulun redaktəyə ehtiyacı var. Yəni açıq test modelinə keçilməli, imtahan bir neçə mərhələdən ibarət olmalı, təhsil müəssisələrinə seçimlə bağlı şans verilməlidir. Hesab edirəm ki, bu sahədə inqilabi dəyişikliyə deyil, kifayət qədər ciddi təcrübəsi olan şəxslərin cəlb edilməsi ilə bəzi düzəlişlərə ehtiyac var".

Qeyd edək ki, son günlərdə test üsulunun ləğvi və yaxud qəbul qaydalarında dəyişiklik məsələsi gündəmdədir. Bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə test üsulunun ləğvi ilə bağlı fikirlər səsləndirib. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələrinin əsas götürüləcəyini vurğulayıb.

Gələcəkdə bu formanın dəyişə biləcəyi ilə bağlı açıqlama verən Təhsil naziri Mikayıl Cabbarov isə hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində işlərin aparıldığını bildirib.

Tarix
2016.02.22 / 15:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla