Yuxarı

HDP üzvü: “Müqavimət göstərin, ruslar köməyə gəlir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqavimət göstərin. Ruslar köməyə gəlir. Artıq silahları yola salıblar.

Axar.az "Star" qəzetinə istinadən xəbər verir ki, bu sensasiyalı sözləri Türkiyənin Diyarbəkir Böyükşəhər Bələdiyyəsinin həmsədri, HDP üzvü Gültan Kışanak PKK terrorçuları ilə gizli görüşü zamanı deyib.

O, Diyarbəkirin Sur rayonundakı terrorçulara silah və canlı qüvvə yardımı edilməsini istəyib:

"Tezliklə Rusiyadan çox ciddi yardımlar gələcək. Hazırda Rusiya ilə razılaşmağa çox yaxınıq. Rusiya bizə silah yardımı edəcək. Artıq 2 maşın yola çıxıb, Türkiyəyə gəlir. Müqavimət davam etməlidir. Qəndilin göstərişi bu istiqamətdədir. Rusiyanın yardımları arasında tank əleyhinə silahlar da var. Xalq bizə dəstək verməsə belə, müqavimət davam etməlidir".

Onun bu sözlərindən sonra Surun bəzi küçələrində xəndəklər qazılıb, rayona əlavə terrorçular cəlb olunub.

Qəndildəki PKK rəhbərliyinin Kışanaka Diyarbəkirdən kənara çıxmamaq barədə göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, Kışanak "xalq bizə dəstək vermir, məğlub olduq, mübarizəni dayandırın" dediyi üçün ötən həftə PKK-çılar tərəfindən Surdakı binalardan birinin zirzəmisində 6 saat saxlanılmışdı.

Tarix
2016.02.22 / 15:58
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla