Yuxarı

Qalmaqallı oyunla bağlı rəsmi açıqlama - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə çempionatının 22-ci turunda "Qalatasaray" və "Trabzonspor" klubları arasındakı qalmaqallı oyunla bağlı mübahisələr davam edir.

APA xəbər verir ki, fevralın 22-də Türkiyə Futbol Federasiyasının binasında Mərkəzi Hakimlər Komitəsinin toplantısı keçirilib. Toplantıda qarşılaşmanın hakimi Dəniz Atəş Bitnelin oyunu idarə etmə səviyyəsi dəyərləndirilib.

Toplantıdan sonra Mərkəzi Hakimlər Komitəsinin rəhbəri Kuddusi Müftüoğlu mətbuat konfransı keçirib. O bildirib ki, Dəniz Atəş Bitnel Türkiyənin ən yüksək potensiallı hakimlərindən biridir və prinsipial qarşılaşmanın ona tapşırılmasında heç bir problem yoxdur.

Bununla belə, Kuddusi Müftüoğlu qeyd edib ki, Dəniz Atəş Bitnelin bazar günü idarə etdiyi qarşılaşma hamını təəssüfləndirib: "Trabzonspor" camiəsinin üzüntüsünü paylaşırıq. Uğurlu hakimləri mükafatlandırdığımız kimi uğursuz hakimlərlə bağlı gərəkli sanksiyaları da tətbiq edəcəyik".

O ki qaldı "Trabzonspor"un futbolçusu Salih Dursunun qarşılaşmanın hakiminin əlindən yerə düşən qırmızı vərəqəni onun özünə göstərməsində, Kuddusi Müftüoğlu deyib ki, həmin futbolçunun qəhrəman kimi təqdim olunması doğru deyil: "Görüntü xoş deyil. Bu məsələdə İntizam Komitəsi gərəkli cəzaları verir. Salihin qəhrəman olduğunu düşünmürəm".

Mərkəzi Hakimlər Komitəsinin rəhbəri mərc oyunlarında iki və daha çox qırmızı vərəqəyə əmsalların yüksək olduğu ilə bağlı iddialara da münasibət bildirib və bunu iddia edənlərdən sübut tələb edib.

Xatırldaq ki, bazar günü keçirilən qarşılaşmada "Qalatasaray" "Trabzonspor"a 2:1 hesabı ilə qalib gəlib. Oyunun hakimi Dəniz Atəş Bitnel qapıların hər birinə 1 penalti təyin edib, "Trabzonspor"un dörd futbolçusuna qırmızı vərəqə göstərib. Nəticədə Trabzon klubu qarşılaşmanı 7 futbolçu ilə bitirməli olub.

Tarix
2016.02.22 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla