Yuxarı

İlham Əliyev: "Bu, açıq hörmətsizlikdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevə məxsus Tvitter hesabından (@azpresident) Azərbaycan-İran münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

Musavat.com-un məlumatına görə, dövlət başçısı qeyd edib ki, müstəqillik dövründə Azərbaycanla İran arasında bütün istiqamətlərdə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib.

Prezident İlham Əliyev yazıb: "Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini ciddi narahat edir və etməlidir".

Ölkə başçısı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edib: "Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən, bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib".

Prezident İ.Əliyev bildirib ki, işğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasətidir və həmin siyasət bu gün də davam etdirilir.

Dövlət başçısı qeyd edib: "Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir".

Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühitinin bütün dünyada nümunə kimi qəbul olunduğunu bildirən İ.Əliyev, İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə Azərbaycanın İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəsini verdiyini də sözlərinə əlavə edib.

Tarix
2016.02.23 / 01:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla