Yuxarı

Bu göz xəstəliyi nədən yaranır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konyunktivit xəstəliyin yaranmasına səbəb gözün selikli qişasına infeksiyanın düşməsidir. Bu əksər hallarda əllərin təmiz saxlanmaması, gigiyena qaydalarına riayət olunmamasından yaranır.

Bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Paşa Qəlbinur deyib.

Onun sözlərinə görə, konyunktivitlər aşağıdakı mikroblorla törədilir:

"Buna bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar, həmçinin allergik konyunktivitlər də daxildir. Törədici mikroblardan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərir. Müalicə olunmamış konyunktivit adətən xroniki formaya keçir. Xəstəlik ilk vaxtlar ciddi təsir bağışlamasa da, hətta gözün və görmə qabiliyyətinin itməsinə də səbəb ola bilər.

Müalicəsi üçün nə etməli?

Müalicəsi üçün antibiotiklərdən istifadə olunmalıdır. Dərmanların az effektivliyi zamanı göz yaşının mikrofloraya və antibiotiklərə qarşı həssaslığı analiz edilməli, analizlərin nəticələrinə əsaslanaraq, daha böyük təminatla başqa antibiotiklər təyin olunmalıdır.

Qeyd edək ki, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işığa həssaslıq sözügedən xəstəliyin xəbərçisi hesab edilir.

Tarix
2016.02.23 / 08:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla