Yuxarı

İki yazıçı duelə çıxdı - Polemika

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Duel" layihəsində iki ədəbiyyat adamı bir-birindən xəbərsiz olaraq həmkarının yaradıcılığı haqda danışacaq.

Layihənin ilk qonaqları yazıçılar – Qan Turalı və Alpay Azərdir.

Alpay Azər yazıçı Qan Turalının yaradıcılığı haqda fikirlərini bölüşüb:

"Qan Turalının "Mustafa" romanını, məqalələrini və son çıxan hekayələr kitabını oxuyandan sonra bunları deyə bilərəm: Mübaliğəsiz, Qan Turalı müasir Azərbaycan ədəbiyyatında yeri olan yazardır. Qan Turalı birinci mənim üçün ədəbiyyat esseistidir, sonra nasirdir. Onun Azərbaycan şairləri, yazıçıları ilə bağlı yazdıqları qısa məqalələrdə problemə həm zaman kontekstindən yanaşması, həm də həqiqəti üzə çıxarmaq yanğısı (əcaib səslənsə belə, "diaqnostik yanaşma cəhdi" də deyərdim buna) onun yazılarını dəyərli edir.

Bədii mətnlərə gəldikdə isə spesifik obrazlar, əsas da intellektual gənclərin həyatın fəlsəfi qatlarına baş vurması, sevgi məsələlərinin intellektual səviyyədə müzakirəsi maraqlıdır. Amma bəzi hekayələrdə bu məsələlər bir az süni alınır, bəlkə də müəllif mətnin strukturunu unudur və sonda, bir növ, ölçü hissini itirir. Mən 1991-1994-də BDU-da tələbə olanda, siyasi romantizm ovqatında olan tələbələr az deyildi. Bu cür tələbələrin hekayə və roman qəhrəmanlarına çevrilməsinin özü elə yaxşı cəhddir. Elə bilirəm, Qan Turalı bu səpkidə maraqlı bədii mətnlər yazmağa davam edəcək".

Qan Turalı da öz növbəsində Alpay Azərin yaradıcılığı haqda danışıb:

"Alpayın hekayələrini həmişə oxuyuram. Bir xeyli hekayəsi də bizdə çap olunub. Mən Alpayı oxumağı sevirəm. Çünki Alpay gözdən uzaqda qalan mövzuları yazır. Alpay qədər cəmiyyətin müxtəlif qatlarına nüfuz edən başqa bir yazıçı tanımıram. O, əsasən hekayələr yazır. Bu hekayələr mövzuca çox rəngarəngdir. Asanlıqla oxunur. Bəzən necə başlayıb, necə bitdiyini belə hiss etmirsən. Bu, böyük üstünlükdür. Lakin məncə, Alpay hekayənin nüvəsini, ideyasını da diqqətdən qaçırtmamalıdır. Çünki onun bəzi hekayələrində hekayənin nəqli bizi öz aləminə aparsa da, ideyalar aləminə gedib çata bilmirik. Yazıçı üçün birqatlı mətn qurulması təhlükəlidir. Alpayın ədəbiyyat sevgisi isə başqa bir hekayənin mövzusudur".

Tarix
2016.02.23 / 08:30
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla