Yuxarı

Serbiya uğrunda Qərb-Rusiya savaşı başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya müxalifətinin bir qismi hökumətdən NATO ilə əməkdaşlıqla bağlı referendum keçirilməsini tələb edib.

Axar.az xəbər verir ki, müxalif "Qapılar" təşkilatı hökumətin NATO ilə əməkdaşlığını dayandırmasını istəyib. Serbiya Xalq Partiyası da ölkədə referendumun keçirilməsi üçün tələblər səsləndirib:

"Parlament seçkilərindən sonra Serbiya Xalq Partiyası referendumun keçirilməsinin əsas təşəbbüskarı olacaq. Biz inanırıq ki, heç bir partiya xalqın demokratik seçimindən yayınmayacaq".

Qeyd edək ki, bundan öncə Serbiya Prezidenti Tomislav Nikoliç NATO ilə ölkəsi arasında olan əməkdaşlıq müqaviləsini təsdiqləyib. Məhz bu, ölkədə bir sıra təşkilatların etirazına səbəb olub. Üstəlik, Serbiya parlamenti fevral ayında NATO-ya öz ərazisindən logistik dəstəyin verilməsi ilə bağlı sənədi ratifikasiya edib.

Qərbin Serbiyanı və digər Balkan ölkələrini öz içərisinə doğru çəkməsi Moskvanın kəskin müqavimətinə səbəb olur. Ölkədəki rusiyayönlü qüvvələr əsasən məhz bununla bağlı hazırkı hökumətə təzyiq etməyə çalışırlar.

Belqrad 2013-cü ildən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusuna sahibdir. Bununla bərabər, Serbiya parlamenti 2007-ci ildə ölkənin heç bir hərbi ittifaqa qoşulmaması haqqında qətnamə qəbul edib.

Tarix
2016.02.23 / 10:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla