Yuxarı

Ötən il sürücülər 88 milyon cərimə ödəyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində 3159 nəfər zərər çəkib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalıb. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 894 nəfəri isə ölüb.

Qəzaların əsas hissəsi (1934-ü) yaşayış məntəqələrində baş verib, nəticədə 2710 nəfər zərər çəkib, onlardan 587 nəfər ölüb, 2123 nəfər isə yaralanıb. 2014-cü illə müqayisədə ölənlərin sayı 25,7 faiz, yaralananların sayı isə 13,6 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2014-cü ilə nisbətən hadisələrin sayı müvafiq olaraq, 6,6 faiz, 23,6 faiz və 19,7 faiz azalıb.

Yol-nəqliyyat hadisələrinin 43,4 faizi gündüz, 38,0 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş verib. Hadisələrin 30,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. İl ərzində sərxoş sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması zamanı ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə baş verib, nəticədə 97 nəfər zərər çəkib. Belə hadisələrin 92,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. Dövr ərzində yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanıb.

Xətaların 32,3 faizi yolda müəyyən edilmiş hərəkət sürətinin aşılması, 17,4 faizi dayanma, durma və ya parklanma qaydalarının pozulması, 8,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 6 faizi yol ayrıcını keçmə, 5,4 faizi piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması, 4,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsi işarələrinin tələblərinə riayət edilməməsi, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimələr ödənilib.

Tarix
2016.02.23 / 11:08
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla