Yuxarı

Jurnalistlərin Qəbələ səfəri – Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-21-də bir qrup jurnalistin Qəbələyə səfəri təşkil edilib. Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə düzənlənən tədbir Azərbaycanın ən müasir və peşəkar otel brendlərindən olan "Qafqaz" hotellərinin təşkilatçılığı ilə baş tutub.

"Turizmin inkişafında KİV-in rolu və funksiyası" mövzusunda keçirilən tədbirə Azərbaycanın əksər aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən Axar.az-ın əməkdaşı da qatılıb.

Qeyd edək ki, Azərbaycanda 13, Qəbələ rayonunda 8 oteli olan "Qafqaz" Otellər Qrupu milli brend olaraq həm ölkə daxilində, həm də xaricdə böyük nüfuza malikdir.

Yengicədə "Thermal və SPA"?

Ekskursiyaya "Qəbələ Yengicə Thermal and SPA" oteldən başlayan KİV nümayəndələri nahar etdikdən sonra otellə tanış olublar.

Onlara məlumat verilib ki, 2014-cü ildən həm istirahət, həm də müalicə məkanı kimi fəaliyyətdə olan "Yengicə Thermal and SPA" oteli bir çox üstünlüklərə malikdir.

Təbiətin sakit güşəsində, Yengicə isti su vannalarının mənbəyində yerləşən otel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır. Otelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı Naftalan vannalarının da mövcudluğudur.

Mütəxəssislərin fikrincə, daim təmizlənən və yenilənən Naftalan nefti rəngi və keyfiyyəti ilə bu xidməti göstərən alternativ müəssisələrdən seçilir.

Burada istirahət və müalicə alan hər müştərinin vaxtını əyləncəli keçirməsi üçün də şərait yaradılıb. Məsələn, balıq həvəskarları yaxınlıqdakı göldən balıq tutaraq onu öz zövqünə uyğun şəkildə manqalda bişirib istirahət və əyləncənin dadını çıxara bilər.

Qafqaz Sport Oteldə qarlı gecə gəzintisi

"Yengicə Thermal and SPA"dan sonra 5 ulduzlu Qafqaz Sport Otelə gələn KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi apardıqdan sonra şam yeməyinə qonaq ediliblər. Qarlı havada axşam gəzintisindən sonra isə oteldə gecələyiblər.

Səfərinin ikinci günü Qafqaz Sport Oteldəki möhtəşəm səhər yeməyindən sonra bütün heyət Qafqaz Tufandağ Otelə yollanıb.

Tufandağda xizək macərası

Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan Tufandağ oteli müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. İstismara ötən il verilən otel mövqeyi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ oteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar istirahət təklifi edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda, oteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları əldə edə bilirlər.

Xidmətlərdən jurnalistlər də yararlanıb. Əvvəlcə sadəcə görüntü vermək üçün xizək geyim dəstini əyninə geyinən jurnalistlər sonradan həvəslənərək sürüşkən meydançaya girməyə cəsarət ediblər. Xüsusi təlimçilərdən sürüşməyin sirrini öyrənəndən sonra isə qar üstündə yıxılmaqdan ləzzət alıblar.

Sadəcə yıxılmaqdan yox, elə dəniz səviyyəsindən 2000 metrə qədər yüksəklikdə kanatlarda gəzməkdən, quşlar kimi havada uçmaqdan, gah dumanın üstünə qalxıb, gah içərisində gizlənməkdən həzz alıblar.

Müştərilərə sazlı-sözlü Novruz boğçası

Onu da vurğulayaq ki, Novruz bayramı günlərində bu əyləncələrə bir Novruz boğçası da əlavə ediləcək. Belə ki, burada 19-28 mart tarixlərində xüsusi kompaniyaya start veriləcək. Artıq arzu edənlər 72 manatdan başlayan iki nəfərlik otaq qiymətləri ilə (gecələmə, səhər yeməyi, internet, SPA və fitness qiyməti daxildir), 22-23-24 mart tarixlərində isə 116 manatdan başlayan 2 nəfərlik otaq qiymətləri ilə (gecələmə, səhər yeməyi, SPA, bayram şou proqramı – musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.

Bakıya qayıtmaq vaxtıdır

Tufandağda keçən əyləncə, həyəcan dolu günün sonunda KİV nümayəndələri Qəbələ rayonundan ayrılıb.

Bakı-Qəbələ-Bakı

Tarix
2016.02.23 / 11:31
Müəllif
Ruhiyyə Daşsalahlı
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla