Yuxarı

AŞPA-da ermənilər üz-üzə - Zöhrabyan cəzalanacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasındakı Türkiyə nümayəndə heyətinin üzvü Markar Esayan AŞPA bürosuna şikayət ərizəsi ilə müraciət edib.

Axar.az xəbər verir ki, bununla bağlı ermənişünas İsmayıl Tanrıverdi araşdırma aparıb.

Markar Esayan ərizəsində bildirib ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan ona qarşı kobud hərəkətlərə yol verib, onu qadına yaraşmayan küçə söyüşləri ilə təhqir edib. Müraciətdə bu nalayiq davranışına görə N.Zöhrabyanın cəzalandırılması xahiş olunub.

Qalmaqala səbəb AŞPA-nın son sessiyasında Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarla birlikdə işğalı və Sərsəng su anbarına dair qətnamələrin müzakirəsi zamanı türkiyəli deputat M.Esayanın Azərbaycanın lehinə səs verməsi olub. Bu, Ermənistananın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri N.Zöhrabyanın xoşuna gəlməyib, nəticədə Naira Zöhrabyan sessiyanın sonunda Markar Esayana yaxınlaşaraq, onu ən ağır ifadələrlə təhqir edib.

Hadisə ilə yaxından maraqlanan AŞPA sədri Pedro Aqramund isə AŞPA-nın türkiyəli və ermənistanlı səfirləri ilə ciddi söhbətlər aparıb.

İsmayıl Tanrıverdi bildirib ki, AŞPA-dakı erməni mənbələrindən alınan məlumata görə, Pedro Aqramund tərəfindən qaldırılan iddia artıq nizam-intizam komissiyasına təqdim olunması üçün hazırlanıb və qurumun aprel sessiyasında N.Zöhrabyan barəsində sanksiya tədbirləri müzakirə olunacaq. Hazırda isə N.Zöhrabyanın səsvermə hüququndan məhrum olunması məsələsi müzakirə olunur.

Ermənişünas araşdırmasında daha maraqlı bir faktı da qeyd edib: "Erməni müxbirlər N.Zöhrabyandan M.Esayana nə kimi təhqiramiz sözlər dediyini soruşanda o, həyasızcasına bildirib ki, mən ona erməni nümayəndəliyi adından layiq olduğu bütün söyüşləri dedim. Etika xatirinə efirə və mətbuata uyğun sözlər olmadığı üçün nə dediklərimi açıqlamayacam".

Xatırladaq ki, N.Zöhrabyanın səsvermə hüququndan məhrum ediləcəyi barədə bir müddət öncə Ermənistan mediasında müzakirələr başlayıb.

Tarix
2016.02.23 / 12:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla