Yuxarı

Büdcədə sosial yönümlü xərclər artırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin büdcəsində sosialyönümlü xərclər 1 290,0 mln. manat artırılıb.

Publika.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Büdcə müzakirələri ilə bağlı keçirilən iclasda çıxış edən palata sədri qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı yaranıb: "Bu proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir".

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290 milyon manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8 faiz təşkil edəcək.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur.

Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur: "2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 822,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 256,0 mln. manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 mln. manat və ya 2,0% azdır.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində təsdiq olunan məbləğdən 1 615,0 mln. manat və ya 26,9% çox olsa da, ABŞ dolları ifadəsində təsdiq olunmuş büdcə ilə müqayisədə transfertin məbləği 1 000,0 mln. dollar azaldılıb və bu məbləğdə Fondun qalığına qənaət edilir.

Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 mln. manat və ya 4,8 faiz bəndi çoxdur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408,0 mln. manat və ya 6,2% çoxdur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektorunun, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan 5 400,0 mln. manat vergilərin daxil olması nəzərdə tutulur ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588,0 mln. manat və ya 12,2 % çoxdur.
Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasının səbəblərindən biri manatın yeni məzənnəsinin nəzərə alınması olub".

Gülməmmədov bildirib ki, dəqiqləşdirilmiş büdcədə müdafiə xərcləri 2 228,835 mln. manat nəzərdə tutulub ki, bu da 2016-ci ilin təsdiqlənmiş büdcəsindən 21,3% çoxdur.

"Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər də 42,0% artırılaraq 1 775,097 mln. manat təşkil edib. Təsdiqlənimiş büdcədə bu göstərici 1 249,735 mln. manat olub.
Nəticədə, icmal büdcənin gəlirləri 15 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Xərclər isə təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 610,2 mln. manat artırılaraq 24 566,6 mln. manata çatdırılır. Yenidənbaxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək", -palata sədri deyib.

Tarix
2016.02.23 / 13:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla