Yuxarı

Qulu Məhərrəmli: “Alışanov yaxşı edir...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir. Mənim yazımda ancaq tənqid var idi, təhqir yox.

Bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, tanınmış jurnalist, professor Qulu Məhərrəmli AzTV-nin sədri Arif Alışanovun onu məhkəməyə verməsi haqda Axar.az-a danışarkən deyib. O, Arif Alışanovun yazını düz başa düşmədiyini bildirib:

"İndi Xocalı ilə bağlı Türkiyədə bir tədbirdəyəm, çox danışa bilmirəm. Ancaq onu deyim ki, Arif Alışanov lap yaxşı edir məni məhkəməyə verir. Adımın onun adı ilə birgə hallanmasından ağır nə ola bilər?! Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir. Mənim yazımda ancaq tənqid var idi, təhqir yox".

Xatırladaq ki, AzTV sədri A.Alışanov 39 illik jurnalist fəaliyyətində ilk dəfə olaraq bir həmkarını - Qulu Məhərrəmlini məhkəməyə verib, həm də xüsusi ittiham qaydasında. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.

Q.Məhərrəmlinin səsləndirdiyi fikirlərdə təhqirlərə yol verdiyini bildirən Arif Alışanov isə məhkəməyə müraciət edib.

Tarix
2016.02.23 / 14:18
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla