Yuxarı

Türk TV-lər Xocalı ilə bağlı canlı yayım verəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

TRT ənənəsinə sadiq qalaraq, Xocalı soyqırımı haqqında həqiqətləri 25 və 26 fevral tarixlərində canlı yayımlarla "TRT 1", "TRT Haber", və "TRT Avaz" kanalları vasitəsilə dünyaya çatdıracaq.

APA-nın məlumatına görə, "TRT Avaz" kanalının çəkiliş qrupu 24-26 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycan Dövlət Televiziyasının texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı yayım həyata keçirəcək.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanin verdiyi məlumata görə, "TRT Avaz" Kanal koordinatoru Murat Akkoç və "Detay 13" proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün boyunca Bakıda silsilə canlı yayımlar reallaşdıracaq. O, hər il olduğu kimi, bu il də anım günlərində eyni həssaslıqla hazırlanan proqramların, Xocalı şahidlərindən alınan müsahibələrin, sənədli filmlərin və kliplərin "TRT Avaz", "TRT Haber" ekranlarında yayımlanacağını bildirib. Bununla yanaşı, TRT Bakı Təmsilçiliyinin hazırladığı "Xocalının Şahidləri" adlı 12 bölümdən ibarət proqram TRT kanallarında yayımlanacaq.

Tarix
2016.02.23 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla