Yuxarı

YAP-çı deputatdan nazirlərə sərt ittiham

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov iqtisadi bloka daxil olan nazirlərin büdcə müzakirələrində iştirak etməməsini kəskin tənqid edib.

Publika.az xəbər verir ki, S.Novruzov iqtisadi bloku təmsil edən nazirlərdən hamısının iclasda iştirak etməməsindən şikayətlənib.

Bildirib ki, bütün millət Milli Məclisdə dövlət büdcəsinin müzakirəsini gözləyir: "Dövlət büdcəsi təkcə maliyyə naziri Samir Şərifovun və ya Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil. İqtisadi bloka aid olan nazirlərinin heç biri iclasda iştirak etmir. Bəlkə, onlara kiminsə sualı var? Haradadır onlar? Gələn iclasda hökumətin hesabatı veriləcək. Amma büdcə olmadan bu hesabat nəyə lazımdır? Çünki büdcəyə görə hesabat verilir. Bu gün iqtisadi strukturlara daxil olan nazirlər və ya müavinləri iştirak etməlidir. Baş nazirin 6 müavini var. Nazirlər Kabinetindən bir nəfər yoxdur ki, sualımı cavablandırsın. Baş nazir yoxdur, lap yaxşı. Bəs 6 müavin haradadır? Onlardan, heç olmasa, biri iclasda iştirak edə bilərdimi? Edə bilərdi. Hesab edirəm ki, bu cür yanaşma tərzi ölkə başçısının ortaya qoyduğu məqsədlərin həyata keçməsi üçün düzgün yanaşma tərzi deyil. Bunları insan başa düşməlidir. Hər struktur rəhbəri deputatların suallarına şəxsən cavab verməlidir. Bir neçə nəfər bütün strukturların yerinə cavab verməli deyil. Milli Məclisə belə yanaşma tərzi olmaz".

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, bu iradlar onların diqqətinə çatdırılacaq: "Nazirlərin çoxu prezident İlham Əliyevin İrana səfəri çərçivəsində onu müşayiət edir. Nazirlər Kabineti ilə bağlı iradla isə razıyam".

Tarix
2016.02.23 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla