Yuxarı

Gürcü nazirin Bakı səfərinin pərdəarxası - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaladzenin Bakıya növbəti səfəri maraqlı proseslərə işıq salır.

Bunu Axar.az-a politoloq İlqar Vəlizadə bildirib.

Ekspert səfərin bir çox suallara aydınlıq gətirəcəyini hesab edir:

"Görünür, "Qazprom"la danışıqlar ağır gedir. Buna görə də Tiflis ciddi şəkildə götür-qoy edir. Maraqlı məqam Azərbaycan prezidentinin İrana səfəridir. Çox güman ki, İranda bu məsələyə toxunulacaq. Yəni Azərbaycan infrastrukturundan istifadə etməklə İran qazının Qərbə çıxışı gündəmdə ola bilər".

Siyasi şərhçinin fikrincə, İran qazının Gürcüstana Azərbaycan vasitəsilə ötürülməsi Tehranla razılaşdırılsa, bu halda rəsmi Bakının Tiflisə başqa təklifləri də istisna deyil:

"Kaladze açıqladı ki, Gürcüstan "Şahdəniz" yatağından əlavə qaz həcmləri almaqda maraqlıdır. Bu, hazırda Rusiyanın Tiflisə qaz satışı mövqeyi ilə uzlaşdırılır. Ancaq Kaladzenin növbəti səfəri göstərir ki, Gürcüstan tərəfi Rusiya ilə danışıqlara artıq bir o qədər də ümidli deyil".

Qeyd edək ki,Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana gələcək.

Tarix
2016.02.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla