Yuxarı

Dudayevin həyat yoldaşı: “Beş çeçen prezidenti...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xalqı artıq 25 ildir ki, müharibə şəraitində yaşayır.

Axar.az xəbər verir ki, bunu "Azadlıq" radiosuna müsahibəsində məşhur çeçen lider Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayeva söyləyib. Onun sözlərinə görə, hazırda rus xalqının mentaliteti çox dəyişib:

"Rusiya indi yeni şəhərlər, bağlar salmır. Onların heç Gürcüstandakı kimi yolları, səhiyyələri, xəstəxanaları, təhsilləri yoxdur. Rusiya hər şeyini hərbi sənayeyə yatırır. Rusiya 25 ildir ki, vuruşur. Müharibə Çeçen-İçkeriya Respublikası, Gürcüstan, Ukrayna, Suriyada getdi. Məhz buna görə də xalqın əksər hissəsinin mentaliteti dəyişib".

O, çeçen xalqının ən xoş və ən bəd günlərini bir yerdə yaşadıqlarını bildirib:

"Biz müharibədə vahid idik. Allaha dua edib, yalvarırdıq ki, o bizə qələbə göndərsin. Ölənləri bir yerdə dəfn edib, bir yerdə ağlayırdıq. Rus-çeçen müharibəsinin ədalətsizliyini görən rus xalqının ən yaxşı nümayəndələri bu müharibənin baş çatması, çeçen xalqı haqqında həqiqətin deyilməsi üçün öz həyatlarını qurban verdilər. Bütün dünyaya bu şəxslərin adları bəllidir. Bunlar sırasında Anna Politkovskvaya və digərlərinin adları var. Bütün çeçen xalqını hazırkı rejimin tərəfdarı kimi qəbul etmək olmaz. Bu xalq onillərlə Rusiya işğalına müqavimət göstərib. Beş çeçen prezidenti hər iki rus-çeçen müharibəsi zamanı qətlə yetirilib, ən yaxşı döyüşçülər öldürülüb, sağ qalanlar isə təqiblərdən canlarını qurtarmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Üstəlik, dəhşətli cəzalar, qətllər, İçkeriya, Mozdok, Kislovodsk, Stavropol, Şimali Qafqazda olan konslagerləri yaddan çıxarmaq olmaz. Putin hakimiyyətdə qaldığı müddətdə Kadırovun hakimiyyəti davam edəcək. Bu isə əbədi deyil".

Qeyd edək ki, Çeçen-İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayev olub. O, Rusiya xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilib. Dudayevin həyat yoldaşı hazırda İsveçdə yaşayır.

Tarix
2016.02.24 / 12:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla