Yuxarı

Turçinov Ukraynanın yeni baş naziri ola bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Turçinov ölkənin yeni baş naziri ola bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın RT kanalı Ukrayna Prezident Administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

"Arseni Yaçenyukun qalması ilə uğur qazanmaq mümkün deyil. Ali Rada və xalq onu dəstəkləmir. Müzakirələr gedir. Pyotr Poroşenko Bloku, Xalq Cəbhəsi, Radikal Partiya, Xalqın İradəsi və Özünəkömək Partiyası Turçinovu bu posta dəstəkləyir", - mənbə bildirib.

Qeyd edək ki, Ali Rada fevralın 16-da Baş nazir Arseni Yaçenyukun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlığa dair qərarı qəbul edə bilməyib. Qərarı 194 deputat dəstəkləyib, amma etimadsızlığın qəbul edilməsi üçün 226 səs lazımdır.

Ümumilikdə isə hökumətin fəaliyyətinin bəyənilmədiyi bildirilib.

Tarix
2016.02.24 / 14:33
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla