Yuxarı

Prezidentin iranlı investorlara təklifi – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iqtisadi sektorları iranlı investorlar üçün gəlirli sahələrdən birinə çevrilə bilər.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycan sanksiyalardan qurtulan iranlı investorlar üçün çox cəlbedici görünür:

"20 il ərzində neft və enerji sektoruna yönəlmiş iqtisadi siyasətin artıq qeyri-neft sahəsinə yönəldilməsi hiss olunmaqdadır. Azərbaycanda keçirilən islahatlar ölkədə investisiya imkanlarını genişləndirir. Prezidentin təklifi də məhz buna hədəflənib ki, İran investorları öz təcrübələrini Azərbaycan iqtisadiyyatında sınaqdan çıxara bilərlər. Azərbaycanın iqtisadi sektorları iranlı investorlar üçün gəlirli sferalardan birinə çevrilə bilər. Çünki burada rəqabət kəskin deyil. Məsələyə Şərq ölkələri fonunda baxsaq, İran investorlarının hansısa formada Avropa iqtisadiyyatında rəqabət gücü nisbətən məhdud qiymətləndirilə bilər. Ancaq onların təcrübəsi Azərbaycan bazarında kifayət qədər uğurlu olar. Məhz bu gəlirlilik də İranı Azərbaycan iqtisadiyyatına investisiya yatırmağa təşviq edəcək. Dünya ölkələrinin, o cümlədən, Azərbaycanın böyük iqtisadiyyata və bazara malik İranda öz maraqları var. İki ölkə arasında əlaqələri və tarixi yaxınlığı nəzərə alsaq, gələcəkdə Bakı və Tehran qarışılıqlı şəkildə maraqlı tərəfdaşa çevrilə bilərlər".

Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib.

Tarix
2016.02.24 / 17:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla