Yuxarı

Nazirlik vaxt verdi: hər film üçün 2 min cərimə

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi bu gün dövlət reyestrindən keçməyən filmlərin 2 min manat cərimə olunacağı ilə bağlı qərarın cəmiyyətdə və mediada yanlış anlaşılmasına aydınlıq gətirmək üçün Nizami Kino Mərkəzində brifinq keçirib.

Axar.az xəbər verir ki, brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və media nümayəndələri iştirak edib.

Yusif Şeyxov intizamsızlığın qarşısını almaq üçün belə bir addım atdıqlarını deyib:

"12 minə yaxın film qeydiyyata alınıb. Amma bəzi intizamsızlığa görə nazirlik belə qərara aldı ki, qeydiyyata alınmayan filmlər 2 min manat cərimə olunsun. Ölkəyə gətirilən istənilən film bir dəfə dövlət reyestrində qeydiyyatdan keçəcək. Bundan sonra bütün yerlərdə o lisenziya kağızı ilə nümayiş olunacaq. Bu qərarla da ölkəyə daxil olan bütün filmlər həm də Azərbaycan dilində yayımlanmalı olacaq. Kinoteatrlara aprelin 15-nə qədər vaxt verilib ki, bütün filmlər tərcümə olunsun".

Müşfiq Hətəmov bu qərarın müsbət nəticələr verəcəyini bildirib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının ərazisində göstəriləcək filmlərin dövlət reyestrinə daxil edilməsinin zəruriliyi ilə bağlı bəyanat yaymışdı.

Tarix
2016.02.24 / 17:18
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla