Yuxarı

Əli Əhmədovdan Siyavuş Novruzova - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirinin müavini Əli Əhmədov fevralın 23-də keçirilən Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən iclasda iştirak etməyən bir sıra hökumət üzvlərinin tənqid edilməsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında tənqidə normal yanaşdığını deyib: "Milli Məclisin və deputatların əsas vəzifələrindən biri də odur ki, hökuməti tənqid etsinlər. Parlament elə bunun üçündür. Yəqin siz də xatırlayırsınız. Vaxtilə mən deputat olan zaman hökumət üzvlərinin büdcənin müzakirəsində fəal iştirak etməməsini tənqid etmişdim. Siyavuş Novruzovun hökumət üzvlərini tənqid etməsi ilə bağlı isə demək istəyirəm ki, Milli Məclisin fevralın 23-də keçirilən iclasında Azərbaycanın Dövlət Büdcəsinin müzakirəsi getməyib. Burada söhbət qəbul olunmuş Dövlət Büdcəsinə dəyişikliklərin edilməsindən gedir. Bunlar fərqli-fərqli anlayışlardır".

Baş nazirin müavini qeyd edib ki, 2016-cı ilin Dövlət Büdcəsi parlamentin ötən ilin oktyabr ayında keçirilən iclasında müzakirə olunaraq təsdiq edilib: "Həmin iclasda da Azərbaycanın Baş naziri başda olmaqla, bütün hökumət üzvləri iştirak ediblər. Həmin iclas zamanı kimlərin sualları var idisə, onu hökumət üzvlərinə verib. Ancaq fevralın 23-də keçirilən Milli Məclisin iclasında isə qəbul olunmuş büdcəyə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb. Dünya və Azərbaycan parlamentinin təcrübəsində də büdcəyə edilən dəyişikliklər zamanı bütün hökumət üzvlərinin həmin iclasda mütləq iştirak etməsi tələbi yoxdur. İndiyədək Azərbaycanda dövlət büdcəsinə bir neçə dəfə dəyişiklik edilərək təkmilləşdirmələr aparılıb. Həmin dəyişikliklər zamanı keçirilən parlament iclaslarında heç də hökumətin bütün üzvləri iştirak etməyib.
Digər tərəfdən isə büdcənin hazırlanması Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələdir. Təbiidir ki, büdcəyə dəyişikliklərlə əlaqədar kimin nə sualı varsa, ünvanlanacaq yeganə qurum Maliyyə Nazirliyidir. Milli Məclisin son plenar iclasında da maliyyə naziri iştirak edirdi. Əgər büdcə ilə bağlı kimin nə sualı var idisə, o zaman həmin sualları ən səhih cavablandıracaq hökumət üzvü maliyyə naziridir".

Ə.Əhmədov deyib ki, əgər Milli Məclisdə müzakirələr zamanı hər hansı hökumət üzvünün orada iştirakı məqsədə uyğundursa, o zaman Milli Məclis rəhbərliyi lazım olan hökumət üzvlərini iclasa dəvət etməlidir:

"Avropa parlamentində hökumət üçün xüsusi lojalar mövcuddur. Ancaq Azərbaycan parlamentində hökumət nümayəndələri üçün xüsusi loja yoxdur. Hökumətin parlamentdə tam tərkibdə iştirakı üçün gərək yerlər hazırlansın. Siz Milli Məclisin son plenar iclasında hökumət üzvləri üçün nəzərdə tutulan boş yerlər gördünüzmü? Əlbəttə ki, xeyr. Həmin yerlər əvvəl kimlər üçün nəzərdə tutulurdusa, yenə də onlar əyləşmişdilər. Digər tərəfdən isə Milli Məclis rəhbərliyi tərəfindən bizə heç bir dəvət göndərilməmişdi. Əgər bizə dəvət gəlsəydi, biz də böyük məmnuniyyətlə orada iştirak edərdik. Bütün dünyada parlament iclasları üçün iştirakı məqsədəuyğun sayılan hökumət üzvləri əvvəlcədən dəvət edilir. Amma bizə heç dəvət yox idi. Ona görə də qeyd edim ki, tənqid yaxşı şeydir, ancaq yerində".

Tarix
2016.02.25 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla