Yuxarı

Neft qiyməti: ABŞ OPEK-ə sərt cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin neft hasilatının səviyyəsinə müdaxilə etmək hüququ yoxdur və buna cəhd də etməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Energetika naziri Ernest Moniz deyib.

O, OPEK Baş katibi Abdulla Səlim Bədrinin hasilatın dondurulması barədə dialoq çağırışına cavab verib:

"Biz hökumətik. Biz neft istehsalçılarımızın hasilat həcminə nəzarət etmirik".

Qeyd edək ki, OPEK baş katibi fevralın 22-də neft hasilatının dondurulması barədə ABŞ-ı danışıqlara çağırıb.

Fevralın 16-da Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb. Venesuelanın Neft naziri Euloxio Pino Ekvador, Əlcəzair, Nigeriya, Oman və Küveytin bu qərarı dəstəklədiyini açıqlayıb. İran isə hasilatı dondurub-dondurmayacağını açıqlamadan sazişi dəstəklədiyini bildirib.

Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.

Tarix
2016.02.25 / 20:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla