Yuxarı

EBRD Bakıya nümayəndə göndərir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-2-də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xəzinədarlıq Departamentinin əməkdaşları Azərbaycanda səfərdə olacaq.

Report-un məlumatına görə, nümayəndə heyətinin tərkibinə EBRD-nin Xəzinədarlıq Departamentinin icraçı direktoru Aksel van Nedervin (Axel van Nederveen), Bankın portfel layihələri üzrə baş meneceri Aude Pakatte (Aude Pacatte), yerli valyuta və kapital bazarlarının inkişafı üzrə direktorunun birinci köməkçisi Metyu Sal (Matthew Saal) və fondlaşma üzrə menecer Əziz Jurayev (Aziz Juraev) daxil olacaq.

Səfər müddətində qonaqlar Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə görüşəcəklər.

Missiya həmçinin Dünya Bankı (WB) və Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəlikləri ilə də görüşlər keçirəcək.

Açıqlamada deyilir ki, səfərin əsas məqsədi pul bazarının inkişafı və milli valyutada istiqrazların emissiyasının perspektivlərini müzakirə etməkdir.

Qeyd edək ki, fevralın 23-25-də EBRD-nin maliyyə institutları üzrə regional direktoru Mayk Teylor (Mike Taylor) Azərbaycanda səfərdə olub. Səfər zamanı o, AMB-nin sədri E.Rüstəmov, Qiymətli Kağızlar üzər Dövlət Komitəsinin sədri R.Aslanlı, həmçinin tərəfdaş bankların nümayəndələri ilə görüşüb.

Tarix
2016.02.27 / 10:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla