Yuxarı

Xocalı CAR-da anıldı – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 fevralda Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə foto-sərgi keçirilib.

Axar.az xəbər verir ki, səfirliyin həyətyanı sahəsində təşkil edilmiş foto-sərgidə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımı qurbanlarının əks olunduğu fotoşəkillər və çap materialları nümayiş etdirilib.

Gün ərzində tədbirdə CAR ictimai-siyasi dairələrinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri, habelə 2013 və 2014-cü illərdə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə qatılmış tələbələr və yerli əhali iştirak edib.

Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verilib.

Bununla yanaşı, yerli jurnalist Simone Heradien tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Xocalının tarixi, soyqırım zamanı erməni işğalçı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər və CAR tarixində aparteid zamanı bənzər Mamelodi qırğını haqda yazılmış məqalə tədbir iştirakçılarına paylanlb.

Habelə, Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar, jurnallar və digər müxtəlif illüstrativ materiallar sərgi iştirakçılarına təqdim edilib.

Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Tarix
2016.02.27 / 14:22
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla