Yuxarı

İstanbulda turizm nümayəndəliyi açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə nazirliklə İstanbulda fəaliyyət göstərən "Gateway" şirkəti arasında razılıq əldə olunub.

Fevralın 29-da isə İstanbulda turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və "Formula-1" yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.

Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirliyində və Almaniyada, 24 fevral tarixindən isə Rusiyada fəaliyyət göstərir.

Tarix
2016.02.27 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla